Almaniya bu helikopterlərin istismarını dayandırır

Almaniya bu helikopterlərin istismarını dayandırır

Almaniya Federativ Respublikasının Silahlı Qüvvələri təhlükəsizlik tədbiri qismində Eurocopter Tiger döyüş helikopterlərinin istismarından müvəqqəti imtina etmək qərarına gəlib. Xarici KİV-lərin yazdığına görə, Bundesverin yaydığı məlumata görə, buna səbəb bərkidici boltların mümkün qüsurudur. “Təhlükəsizlik Bundesver üçün prioritetdir. Bu səbəbdən Tiger döyüş helikopterlərinin istifadəsini dayandırmaq sərəncamı daxil olub”, - mətbuat üçün aşıqlamada belə deyilir.

AFR Silahlı Qüvvələri mümkün nöqsan barədə informasiyanı hərbi-sənaye kompleksinin nümayəndələrindən alıb. Bundan sonrakı addımlar haqqında qərar Bundesverin avqustun 8-nə planlaşdırılan iclasında qəbul olunacaq. Spiegel jurnalı yazır ki, Almaniya Silahlı Qüvvələrinin sərəncamında 53 ədəd Eurocopter Tiger helikopteri var.

Bütün xəbərlər Facebook səhifəmizdə