Rusiyada yol-nəqliyyat hadisəsi nəticəsində altı Tacikistan vətəndaşı həyatını itirib
Rusiyanın Ryazan vilayətinin Sosov rayonunda “Mercedes-Benz Vitо” mikroavtobusunun “Toyota Land Cruiser” minik maşını ilə toqquşması nəticəsində altı Tacikistan vətəndaşı həyatını itirib, səkkiz nəfər yaralanıb.
SİA Tacikistan mətbuatına istinadən xəbər verir ki, Düşənbəyə gedən mikroavtobus əks yola çıxıb və minik maşınına çırpılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB