Qazaxıstanda yanğını söndürərkən həlak olmuş 3 nəfər dövlət mükafatlarına təqdim ediləcək
Qazaxıstanın Jarkent rayonunda çöl yanğınlarını söndürərkən həlak olmuş 3 nəfər dövlət mükafatlarına təqdim ediləcək. Bundan başqa, həlak olan şəxslərin birinə dövlət mənzil fondundan mənzil veriləcək. Bildirilib ki, mərhumun beş uşağı yetim qalıb.
SİA xəbər verir ki, bunu Kazinform agentliyinə Almatı vilayəti akiminin mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, Çinlə sərhəddə yerləşən Panfilov rayonunun Taldın kəndi yaxınlığında baş vermiş çöl yanğınlarının söndürülməsi zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri almış 7 yanğınsöndürənin müalicəsi davam edir. Vəziyyəti ağır olanlardan biri reanimasiya, digəri isə cərrahiyə şöbəsindədir.
Həlak olanlardan biri Jarkent meşə təsərrüfatının işçisi, digər ikisi isə yanğın fəlakəti ilə mübarizə aparan yerli sakinlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB