Ərdoğan Zelenski ilə danışıqlar aparacaq

Ərdoğan Zelenski ilə danışıqlar aparacaq

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə işgüzar səfərə gedəcək. Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb. SİA-nın verdiyi xəbərə görə, səfərin avqustun 7-dən 8-dək baş tutacağı bildirilir.

Zelenskinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılıb. Həmçinin, İstanbulda Ukrayna lideri Konstantinopol Patriarxı Bartolomeo ilə də görüşəcək. Bundan əlavə, Ukrayna və Krım tatar icmalarının nümayəndələri ilə görüş planlaşdırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə