Misirdəki avtoqəza zamanı baş vermiş partlayış nəticəsində 17 nəfər ölüb
Misirin paytaxtı Qahirədəki Xərçəng İnstitutunun qarşısında baş vermiş yol qəzası azı 17 nəfərin ölümünə, daha 32 nəfərin də xəsarət almasına səbəb olub.
SİA “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, qəzadan sonra partlayış da baş verib.
Bundan əvvəl yerli KİV-də 16 nəfərin öldüyü, 21 nəfərin də xəsarət aldığı barədə məlumat yayılmışdı.
Bir neçə avtomobilin toqquşması zamanı partlayış olub. Qəza nəticəsində institutun infrastrukturuna da ziyan dəyib. Xəstələr və tibb işçiləri təcili təxliyyə olunub.
Misirin baş prokuroru partlayışın səbəblərinin təcili araşdırılması və hadisə yerinə təhqiqat qrupunun göndərilməsi üçün göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB