Yaponiyanın şimal-şərqində, Fukusima prefekturası yaxınlığında 6,2 maqnituda gücündə zəlzələ baş verib.
SİA “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Meteoroloji İdarəsi məlumat yayıb.
Yeraltı təkanların episentri Fukusima prefekturasının sahillərində, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB