Yaponiyada zəlzələ
Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. SİA-nın Yaponiya Milli Metereologiya Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Fukusima prefekturasının sahillərində ocağı isə 50 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə