Suriya Hərbi Hava Qüvvələrinin bazasında partlayış baş verib, ölənlər var
Suriya Hərbi Hava Qüvvələrinin Xoms əyalətinin Şairat şəhərindəki silah-sursat anbarında partlayış olub.
SİA “SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə bazada sursatların daşınması zamanı baş verib.
Qəza nəticəsində bir neçə nəfər ölüb.
İlkin məlumatlara görə, silah-sursatların istismar müddəti başa çatdığından onların tərpədilməsi zamanı “texniki səhv” üzündən partlayış qaçılmaz olub.
“Al Arabiya” televiziyası ən azı 12 hərbçinin öldüyünü xəbər verib. Lakin bu məlumat rəsmən təsdiqini tapmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB