Türkiyənin hüquq-mühafizə orqanları 19 şəhərdə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib. SİA xəbər verir ki, Adana vilayət prokurorluğunun, daxili işlər, terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ üzvü olmaqda şübhəli bilinən 41 polis əməkdaşı saxlanılıb. Onların FETÖ ilə ordudakı təmsilçiləri arasında əlaqə yaradan “təşkilatın imamları” ilə xüsusi xəbərləşmə sistemi vasitəsilə mütəmadi olaraq əlaqə saxladıqları ehtimal olunur.
Əməliyyat zamanı digər şəhərlərdə də saxlanılan şəxslər Adanaya gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB