Meksikada 2 minə yaxın sakin təxliyə olundu

Meksikada 2 minə yaxın sakin təxliyə olundu

Meksikanın Mexiko ştatında qaz sızması ilə əlaqədar sakinlərin təxliyəsi aparılıb. SİA-nın verdiyi məlumata görə, bölgədən 2 minə yaxın sakin təxliyə edilib. Prosesə hərbçilər də qatılıb.

Qeyd olunur ki, sızma “Pemex” neft-qaz şirkətinə məxsus qaz kəmərinə qeyri-qanuni qoşulma səbəb ilə əlaqədar baş verib. Qaz sızmasının fəsadlarının aradan qaldırılması, boru kəmərinin bərpası üzrə işlər davam etdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə