Alman gömrükçüləri rekord miqdarda kokain aşkar ediblər

Alman gömrükçüləri rekord miqdarda kokain aşkar ediblər

Alman gömrükçüləri ölkənin Hamburq limanında rekord miqdarda – 4,5 ton kokain aşkar ediblər.

SİA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu faktla bağlı Almaniya Gömrük İdarəsinin (Zollamt) yaydığı məlumatda bildirilir ki, müsadirə olunan bu narkotik maddənin təxmini dəyəri 1,1 milyard dollardır.

Məlumatda qeyd olunur ki, müsadirə edilən kokain Almaniyada narkotiklərin qeyri-leqal dövriyyəsi tarixində ələ keçirilən ən böyük partiyadır. Kokain yüklü konteyner Uruqvaydan Belçikaya göndərilirmiş. Zollamtın məlumatında qeyd olunur ki, paketlənmiş kokain yükləri 200 ədəd idman çantasının içərisində gizlədilib və konteynerin dibində yerləşdirilib.

Almaniya polisi Belçikanın hüquq-mühafizə orqanları ilə birlikdə insidentlə bağlı təhqiqat aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə