Əfqanıstan ordusunun keçirdiyi hərbi əməliyyatlarda ən azı 19 silahlı, o cümlədən 17 “əl-Qaeda” döyüşçüsü öldürülüb. SİA ToloNews saytına istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında hərbi əməliyyatların aparıldığı Loqar əyalətində yerləşən Çarx rayonunda öldürülən 17 “əl-Qaeda” döyüşçüsünün 12-sinin çeçen mənşəli gənclər olduğu bildirilir.
Məlumatda qeyd edilir ki, hərbi əməliyyatlar Çarx rayonunun Penqram və Zaid Lalə adlanan ərazilərində keçirilib. Döyüşlərdə Əfqanıstan ordusunun bir yüksək rütbəli zabiti də həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB