Dilənçiliklə mübarizənin yeni növü tətbiq olunub

Dilənçiliklə mübarizənin yeni növü tətbiq olunub

İsveçin Eskilstuna şəhərində dilənçiliklə mübarizənin yeni növü tətbiq olunub. SİA-nın verdiyi məlumata görə, avqustun 1-dən etibarən bu şəhərdə dilənçiliklə məğul olmaq üçün yerli polisdən rəsmi icazə almaq lazımdır.

İcazənin məbləği 25 avro təşkil edir. Bundan başqa, icazəni alan şəxs İsveç ərazisində leqal şəkildə yaşamalı və İsveç sosial sığorta nömrəsinə malik olmalıdır.

Şəhər rəhbərliyinin sözlərinə görə, bu addım dilənçiliyi daha da çətinləşdirmək üçün atılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB