Ermənistanda avtomobil yolunda partlayış olub

Ermənistanda avtomobil yolunda partlayış olub

Ermənistanda Yerevan-Sevan avtomobil yolunda partlayış olub. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində körpüyə, “Nissan” markalı avtomobilə və iş adamı Melik Manukyanın “Range Rover”inə ziyan dəyib.

Bildirilib ki, hadisə keçmiş deputat, iş adamı Melik Manukyanın şüşə zavodunun yaxınlığında baş verib. Məlumata görə, Yerevan-Sevan avtomobil yolu bağlanıb. Partlayışın səbəbi araşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə