ASEAN sammiti vaxtı kiçik bombalar partladılıb

ASEAN sammiti vaxtı kiçik bombalar partladılıb

Cənub-Şərqi Dövlətlər Assosiasiyasının (ASEAN) sammitinin keçirildiyi Banqkokda kiçik bombalar (tennis topu ölçüsündə “pinq-ponq” adlanan bomba) partladılıb. SİA Reuters agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeonun da iştirak etdiyi sammitə yaxın yerlərdə törədilən terror aktları nəticəsində 3 nəfər yaralanıb.

Qeyd olunur ki, mart ayında keçirilən mübahisəli seçkilərdən sonra Tailandda daxili çəkişmələr daha da şiddətlənib. Bu ölkədə hərbi xuntaya başçılıq edən Baş Nazir Prayut-Çan-O-Ça bombaların partladılması insidentinin dərhal araşdırılması barədə göstəriş verib. Banqkokda və şəhərin beynəlxalq aeroportuna gedən yollarda təhlükəsizlik tədbirləri gücləndirilib. Əhaliyə edilən müraciətdə insanların təşvişə düşməsi üçün ciddi səbəb olmadığı bildirilib.

Mahanakorn qülləsində partladılan bombalardan sonuncusunun ABŞ-ın dövlət katibi Mayk Pompeonun sammitdə çıxışı zamanı atıldığı bildirilir. Polis cinayətkarların yaxalanması üçün axtarış-əməliyyat tədbirləri aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə