Rusiyanın Stavropol vilayətində avtobus qəzası nəticəsində 5 nəfər ölüb, 18 nəfər xəsarət alıb. SİA xəbər verir ki, Volqoqraddan Stavropola gedən sərnişin avtobusu Həştərxan-Elista-Stavropol yolunda yük maşını ilə toqquşub. Qəza nəticəsində beş nəfər, o cümlədən avtobusun sürücüsü ölüb, 18 nəfər xəsarət alıb.
Hadisənin avtobus sürücüsünün sükan arxasında yuxulaması üzündən baş verdiyi ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB