Sabirabad rayonunda baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub. "Report"un Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul-Horadiz avtomobil yolunun rayonun Bulaqlı kəndindən keçən hissəsində "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı minik maşını toqquşub.
Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü, Sabirabad rayon, Qalağayın kənd sakini, 1959-cu il təvəllüdlü Fərzalıyev Fərzalı Salman oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB