ABŞ donanmasının yüksək rütbəli rəsmilərindən Koramiral Skot Buskirk Çinin artan hərbi gücünün simvolu olan "kosmik gəmi qatili" "Dong Feng 21D" raketinin Sakit okeandakı əməliyyatlara təsir etməyəcəyini açıqlayıb. SİA-nın "Vaşinqton Post" qəzetinə istinadən verdiyi məlumata görə, ekspertlər hesab edir ki, Çinin istehsal etdiyi "Dong Feng 21D" raketi Sakit okeanında ABŞ-la Çinin hərbi gücünə tarazlıq gətirə bilər. ABŞ donanmasının 7-ci flot komandiri Koramiral Buskirk isə ekspertlərin fikri ilə razı deyil. O, hesab edir ki, sözügedən raketlər ABŞ-ın kosmik raketləri üçün təhlükə yaratmaq gücünə sahib deyil. Sakit okeandakı "USS Corc Vaşinqton" kosmik gəmisində "Vaşinqton Post"a açıqlama verən Buskirk bildirib ki, bu raket kosmik gəmilərimizin və ya donanmamızın Axilles dabanı deyil. Bu silah sistemi inkişaf etdirilmiş bir texnologiyadır.
"DF 21D" raketinin "USS Corc Vaşinqton" kimi çox yaxşı müdafiə olunan gəmiləri asanlıqla hədəfə alan yeganə raket olduğu bildirilir. Ruslar bu göstəricilərə sahib raket istehsal etməyə çalışsalar da, buna nail ola bilməyiblər. "DF 21D" malik olduğu sürət sayəsində odlanıldıqdan sonra vuracağı obyektin bütün müdafiə cəbhəsini keçə bilir. Bir sözlə, raket kosmik gəmilər və digər böyük gəmilərin müdafiəsi üçün heç bir şans vermir. Bu vəziyyət isə Vaşinqtonun Tayvan ilə Şimali Koreya arasında baş verəcək bir qarşıdurmaya müdaxilə etməsi şansını çətinləşdirəcək. Eyni zamanda, ABŞ gəmilərinin 18 min kilometr uzunluğundakı Çin sahil xətti yaxınlığından beynəlxalq sulara etibarlı keçişini ortadan qalxacaq. "DF 21D" ən güclü müdafiə olunan və 1500 kilometrlikdə olan kosmik gəmiləri vura bilir.
ABŞ donanmasının Sakit və Hind okeanı üzrə komandiri olan Buskirkin əmrində 60-70 döyüş gəmisi və 40 min dənizçi var. Buskirkə görə, bu günə qədər qarşısına çıxan ən böyük təhlükə olaraq gördüyü raket hələ gücünü sübut etməyib. "DF 21D" raketi Pekinin ərazi mübahisəsi ilə bağlı daha agressiv bir mövqe sərgilədiyi vaxtda ortaya çıxdı. Keçən il də Çin və Yaponiya arasında hər ikisinin də iddia etdiyi adalar üzündən gərginlik yaranmışdı. Aprel ayında Çinə aid 10 döyüş gəmisindən ibarət donanma ABŞ gəmilərinin keşik çəkdiyi Miyako boğazından keçdi.
"DF 21D" raketinin gözləniləndən daha tez istehsalı Vaşinqtonun həyəcan təbili çalmasına səbəb olub. ABŞ müdafiə naziri Robert Qeyts kosmik gəmilərə qarşı inkişaf etdirilən raket sistemlərinə qarşı narahatlığını bildirib. Dekabr ayında ABŞ Sakit Okean Komandirliyinin başçısı admiral Robert Villar bildirib ki, Çinin inkişaf etdirdiyi raket proqramında hava müdafiə sistemləri, döyüş gəmiləri və inkişaf etmiş ballistik raket sistemlərinin peyk şəbəkəsiylə birləşdirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə