ABŞ-dan Cavad Zərifə qarşı sanksiya

ABŞ-dan Cavad Zərifə qarşı sanksiya

ABŞ İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib. SİA xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək çinli nümayəndəsi deyib.

İranın XİN rəhbəri xüsusi kateqoriya üzrə şəxslər siyahısına daxil edilib.

Ağ ev rəsmisi onu da əlavə edib ki, ABŞ İranın XİN rəhbərini fəal dialoq aparılmasında tərəfdaş hesab etmir və danışıqların daha yüksəkvəzifəli şəxslə aparılmasını istəyir.

Daha əvvəl Pompeo və ABŞ prezidenti Donald Tramp İranla danışıqlara hazır olduqlarını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə