Türkiyə Suriya ilə sərhədə hərbi texnika göndərib

Türkiyə Suriya ilə sərhədə hərbi texnika göndərib

Türkiyə, Suriya ilə həmsərhəd Şanlıurfa vilayətinə hərbi texnikalar göndərib. Bu barədə "Anadolu" agentliyi xəbər verir. SİA-nın verdiyi məlumata görə, xüsusi təyinatlı dəstələr, avtobuslar və 12 zirehli texnikadan ibarət karvan sərhəd bölgəsindəki Ceylanpınara göndərilib.

İyulun sonunda Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar bildirib ki, ABŞ-la bölgədəki təhlükəsizlik zonası mövzusunda razılıq əldə edilməsə Suriyanın şimalında yeni əməliyyatın başlanması mümkündür.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə