Əfqanıstanda partlayış 3 uşaq ölüb

Əfqanıstanda partlayış  3 uşaq ölüb

Əfqanıstanda baş verən partlayış nəticəsində azı 3 uşaq ölüb, daha 23 nəfər yaralanıb. Bu barədə "Khaama Press" yerli hakimiyyət orqanlarına istinadən xəbər verir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində baş verib.

Yerli hökumətin mətbuat xidmətindən verilən məlumata görə, motosikletə quraşdırılmış partlayıcı qurğu izdihamlı yerdə işə salınıb.

Agentliyin məlumatına görə, xəsarət alanlar arasında altı uşaq var. Partlayışa görə məsuliyyəti hələlik heç bir təşkilat üzərinə götürməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə