Tripolinin hava limanı atəşə tutulub

Tripolinin hava limanı atəşə tutulub

Liviyanın paytaxtı Tripolinin Mitiqa hava limanı atəşə tutulub.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hava limanının administrasiyasının rəsmi "Facebook" səhifəsində yerləşdirdiyi məlumatda deyilir.

Məlumatda bildirilir: "Hava limanının atəşə tutulması nəticəsində iş dayandırılıb. Hava limanı reyslərini qəbulunu və göndərilməsini tamamilə dayandırıb".

Qeyd edilir ki, İstanbul və Tunisdən gələn təyyarələr Liviyanın Misurat şəhərinin hava limanına yönləndiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə