Rumıniyada kommunizmin dəhşətlərini əks etdirən muzey açılacaq

Rumıniyada kommunizmin dəhşətlərini əks etdirən muzey açılacaq

Buxarestdə parlament binasında Rumıniyanın 1945-1989-cu illərdə sosial-iqtisadi, mədəni həyatında reallıqları əks etdirən muzey açılacaq.

SİA xəbər verir ki, bu barədə Prezident Klaus Yohannis müvafiq sərəncam imzalayıb. Muzeyin açılmasında əsas məqsəd kommunist rejiminə qarşı çıxanlara tətbiq olunan cinayətlər və işgəncələr barədə ictimaiyyəti məlumatlandırmaqdır. Muzey dövlət büdcəsindən və ianələrdən maliyyələşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə