Rusiyada Su-57 qırıcılarının seriya istehsalına başlanılıb

Rusiyada Su-57 qırıcılarının seriya istehsalına başlanılıb

Rusiyada Su-57 qırıcılarının seriya istehsalına başlanılıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, beşinci nəsil çoxfunksiyalı aviasiya kompleksinin 2019-cu ildə seriya istehsalına başlanılıb. Müdafiə Nazirliyi ilə 70-dən çox təyyarənin tədarükü üçün uzunmüddətli müqavilə imzalanıb.

İyunun sonunda Sənaye və ticarət naziri Denis Manturov jurnalistlərə Müdafiə Nazirliyinin 76 təyyarənin tədarükü üçün müqavilə imzaladığını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə