Sudanın qərbində yerləşən əl-Əbyəd şəhərində etiraz aksiyalarına atəş açılıb. Ölənlər var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sudanın qərbində yerləşən əl-Əbyəd şəhərində elektrik enetjisi və yanacaqla bağlı keçirilən etiraz aksiyalarına atəş açılıb.
"Sudan Həkimlərinin Mərkəzi Komitəsi"nin məlumatına görə bu hadisə nəticəsində çoxu tələbələr olmaqla 6 nəfər həlak olub.
Ondan çox sivil şəxsin yaralandığı bildirilib. Sudanın "Azadlıq və Dəyişiklik İttifaqı" siyasi cinahı təhlükəsizlik qüvvələrinin bu addımını kəskin pisləyib və səbəbkarların cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, 3 ay çəkişmədən sonra Sudanı idarə edən Hərbi Keçid Şurası və etirazlara başçılıq edən "Azadlıq və Dəyişiklik Koalisiyası" razılığa gəliblər və anlaşma sənədini imzalayıblar. Buna baxmayaraq, ölkənin bir sıra müxalifət partiyaları sözügedən razılaşmaya boyun qoymaq niyyətində deyillər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB