Britaniyalı nazir: "Brexit-in reallaşmasında bundan sonra yubanma olmayacaq"

Britaniyalı nazir: "Brexit-in reallaşmasında bundan sonra yubanma olmayacaq"

Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından çıxması ilə bağlı ciddi hazırlığa başlayır.

SİA xəbər verir ki, bu barədə “Sunday Times” qəzetində dərc olunmuş məqaləsində Lankaster hersoqluğunun kansleri (de-fakto xüsusi tapşırıqlar üzrə nazir) Maykl Qouv bildirib.

Maykl Qouv qeyd edib ki, yeni Baş Nazirlə, yeni hökumətlə, yeni və daha aydın missiya ilə Britaniya oktyabrın 31-də Avropa İttifaqından çıxacaq. Bundan sonra heç bir yubanma olmayacaq. Brexit artıq yaxınlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə