Myanmada torpaq sürüşməsi olub 14 nəfər həlak olub

Myanmada torpaq sürüşməsi olub 14 nəfər həlak olub

Myanmada torpaq sürüşməsi nəticəsində ən azından 14 nəfər - biri polis əməkadaşı olmaqla - həlak olub. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb. Məlumata əsasən, təbii fəlakət Myanmanın şimalında, Kaçin ştatında yerləşən nefrit yatağında baş verib.

Polis bildirir ki, 4 nəfər hələ də itkin sayılır, onlardan ikisi təhlükəsilik qüvvələrinin əməkdaşıdı, lakin onların aşkar olunma şansları çox kiçikdi. Xilasedənlər iki nəfəri dağıntılar altından çıxara biliblər, və onlar xəstəxanaya çatdırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə