Türkiyə ordusu terrorçulara qarşı növbəti əməliyyat keçirib. SİA Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, əməliyyat cənub-şərq Şırnak vilayətinin Cudi və şərq Van vilayətinin Tendürək dağlarında keçirilib.
Terrorçularla ordu arasında baş verən insident nəticəsində altı silahlı zərərsizləşdirilib. Əməliyyat hərbi hava qüvvələrinin dəstəyi ilə davam etdirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB