Husilər hava limanını atəşə tutublar

Husilər hava limanını atəşə tutublar

Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançılar Yəmən ilə sərhəd yaxınlığında Səudiyyə Ərəbistanın Nəcran hava limanını pilotsuz uçuş aparatlarından istifadə edərək atəşə tutublar. SİA-nın verdiyi məlumata görə, bu barədə "Əl-Masira" telekanalı bildirib.

May ayında Səudiyyə Ərəbistanının Nəcran şəhərindəki hava limanı Yəmənlə müharibə səbəbindən bağlandıqdan dörd il sonra açılıb. Hussit nümayəndəsinin sözlərinə görə, iki dronların hava limanına endirilən zərbələr nəticəsində idarəetmə mərkəzləri, pilotsuz uçuş aparatları üçün anqarlar və digər hərbi obyektlər hədəflənib. Səudiyyə hakimiyyəti bu məlumatları hələ şərh etməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə