Liviyada Əl-Cufrada yerləşən hava bazasına hücum edilib

Liviyada Əl-Cufrada yerləşən hava bazasına hücum edilib

Liviya Milli Həmrəylik Hökumətinin qoşunları Əl-Cufra bələdiyyəsindəki hava bazasına hücum edib. SİA-nın verdiyi məlumata görə, həmin baza Liviya Milli Ordu qüvvələrinin nəzarəti altındadır.

Bildirilir ki, hücum nəticəsində pilotsuz aparatlar üçün anbar və döyüş sursatı anbarı məhv edilib.

Həmçinin hərbi-nəqliyyat təyyarəsi "İl-76" zədələnib. Ölənlər və xəsarət alanlar barədə məlumat verilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə