Nyu-Yorkda atışma olub Ölən və yaralılar var

Nyu-Yorkda atışma olub Ölən və yaralılar var

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda atışma olub. SİA TASS-a istinadən xəbər verir ki, silahlı insident Bruklin küçələrindən birində keçirilən şənlik zamanı baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Atışmanın təfərrüatları barədə məlumat verilməyib, faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə