Tramp amerikalı antifaşist hərəkatını terror təşkilatı kimi tanıya bilər

Tramp amerikalı antifaşist hərəkatını terror təşkilatı kimi tanıya bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası amerikalı antifaşist hərəkatını terror təşkilatı kimi tanıya bilər.

SİA “RİA Novosti” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident özünün “Twitter” səhifəsində yazıb.

“Gücsüz adamların başına beysbol dəyənəyi ilə vuran ağılsız və qorxaq sol radikalçıların “ANTIFA” hərəkatının, “MS-13” (ABŞ-da ən təhlükəli cinayətkar qruplaşmalardan biri) və digərlərinin terror təşkilatı kimi tanınmasının mümkünlüyü gözdən keçirilir. Polis öz işini rahat görə biləcək”, - deyə Tramp bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə