Yaponiya sahillərində 6.3 maqnituda gücündə zəlzələ qeydə alınıb

Yaponiya sahillərində 6.3 maqnituda gücündə zəlzələ qeydə alınıb

Yaponiyanın Xonsyu adasının yaxınlığında zəlzələ qeydə alınıb.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın geoloji xidməti məlumat yayıb.

Yerli vaxtla saat 18:31-də qeydə alınan yeraltı təkanlar 6.3 maqnituda gücündə olub. Zəlzələnin ocağı 375.8 kilometr dərinlikdədir.

Dağıntıların və zərərçəkənlərin olması ilə bağlı məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə