Misir Muzeyindən Firon Tutankamonun heykəli daxil olmaqla 18 tarixi əsər oğurlanıb- FOTO

Misir Muzeyindən Firon Tutankamonun heykəli daxil olmaqla 18 tarixi əsər oğurlanıb- FOTO
Son günlər Misirdə baş verən xalq qiyamı əsnasında paytaxt Qahirədəki dünyaca məşhur Misir Muzeyindən Firon Tutankamonun heykəli daxil olmaqla 18 tarixi əsər oğurlanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, oğurlanan əsərlərin bəziləri Kral Tutankamonun qızıldan olan heykəli, Kral Tutankamon heykəlinin parçaları, Akhenatonun, digərləri isə Kraliça Nefertitinin, Amarna şahzadələrinin, Amarna katibinin heykəlləri, 11 Yuya Uşabti heykəlciyi, Yuyaya aid mumiyanın ürəyinin üstündə həkk olunan ürək şəklində müqəddəs misir böcəyi oğurlananlar sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə