Salam Feyyadın rəhbərlik etdiyi Fələstin hökuməti istefa verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hökumətinin istefası Fələstin müxtariyyətinin başçısı Mahmud Abbas tərəfindən qəbul edilib. Bununla belə M.Abbas Feyyada hökuməti yenidən qurmaq səlahiyyətini verib. Qeyd edək ki, Fələstinin hökumətində 19 nazir var.
Həmas isə İsraildən məhsulların idxalına qadağa qoyub. Fələstin yerli xəbər agenliklərindən olan "Maan"ın verdiyi məlumata görə, Həmasın İqtisadiyyat Nazirliyi verdiyi açıqlamasında Qəzzaya bəzi daxilolmaları məhdudlaşdıracağı, bu çərçivədə İsraildən gətirilən bəzi məhsullara qadağanın tətbiq olunacağı bildirib. Açıqlamaya görə, iş adamlarının bu məhsulları idxal etməsi üçün nazirlikdən icazə alması lazım olacaq.
Xəbər agentliyinin verdiyi məlumata görə, İsraildən idxal edilib satılması üçün icazə tələb məhsullar arasında mebel, plastik məhsullar, kağız, dəsmal və tualet kağızları, meyvə suları və digər içkilər, kimyəvi məhsullar, konserv paxla, biskvit və hər cür konservləşdirilmiş məhsullar var. Qəzzadəki işadamları İsraildə istehsal edilən məhsullara idxalatın daha asan olması və məsafə yaxınlığına görə üstünlük verirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB