Türkiyə hökuməti, təqribən, 10 milyard dollarlıq saziş çərçivəsində “Boeing” təyyarələri almaq planından imtina edə bilər. “Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan ölkəsilə ABŞ arasındakı son vaxtar ortaya çıxan gərginliyi şərh edərkən bildirib.
“Boeing” təyyarələrilə bağlı layihə ətrafındakı müəmma Türkiyənin ABŞ-dan hava müdafiə sistemləri almasının baş tutmamasından sonra Rusiyadan “S-400” raket sistemlərinin idxalına dair saziş imzalanması nəticəsində ABŞ ilə aralarında yaranan gərginliyin daha bir ifadəsidir.
“Cənab Trampa Osakada Türkiyənin “Patriot”ları almasa belə, “Boeing”ləri alacağını söyləmişdim. Biz yaxşı müştəriyik. Lakin belə getsə, bu məsələdə fikrimizdən daşınacağıq”, – deyə prezident R.T.Ərdoğan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB