Tunisdə noyabrın 17-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin vaxtı dəyişdirilib. Buna səbəb Tunisin Prezidenti Beji Kaid əs-Sebsinin vəfat etməsidir.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tunis Ali Seçki Komissiyasının rəhbəri Nebil Bifun məlumat verib. Onun sözlərinə görə, seçkilərin 90 gün ərzində keçirilməsi nəzərdə tutulub.
Hazırda Tunis Prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Məhəmməd Nasir icra edir.
Bu arada, Tunis prezidenti Beji Kaid əs-Sebsinin ölümü ilə əlaqədar bəzi ərəb ölkələrində matəm elan olunub.
Belə ki, Misir prezidenti Abdul Fəttah əs-Sisi ölkədə üç gün matəm elan olunduğunu bildirib.
Bundan başqa Əlcəzair, Fələstin, İordaniya, Livan və Liviya liderləri də ölkədə üç günlük matəm elan ediblər. Tunisin özündə isə prezidemtin ölümünü xalq yeddi gün matəm kimi qeyd edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB