Parisdə ilk dəfə 41 dərəcə isti qeydə alınıb

Parisdə ilk dəfə 41 dərəcə isti qeydə alınıb

Bu gün Fransa tarixində ilk dəfə paytaxt Parisdə 41 dərəcə isti qeydə alınıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Fransa Meteoroloji Xidməti məlumat yayıb.

Gün ərzində temperaturun daha da yüksələcəyi gözlənilir.

Qeyd edək ki, Parisdə sonuncu dəfə ən yüksək temperatur 1947-ci ildə qeydə alınıb. Həmin il ölkədə 40,4 dərəcə isti olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə