Əfqanıstanın paytaxtı Kabildə avtobusda baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, on nəfər yaralanıb. Bu barədə "Tolo News" telekanalı ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nüsrət Rahimiyə istinadən məlumat verir.
Rahiminin sözlərinə görə, partlayıcı qurğunu motosikletlə hərəkət edən terrorçu-kamikadze işə salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücumun hədəfində avtobusda olan Əfqanıstan Mədən və dağ sənayesi nazirliyinin əməkdaşları olub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB