"Ankara bu məsələ ilə bağlı qətiyyətlidir" Çavuşoğlu

"Ankara bu məsələ ilə bağlı qətiyyətlidir" Çavuşoğlu

Türkiyə Vaşinqtonla Suriyadakı təhlükəsizlik zonası ilə bağlı razılığın əldə olunmasının tərəfdarıdır. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nikaraqua diplomatiyasının rəhbəri Denis Monkada ilə Ankarada keçirdiyi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, təhlükəsizlik zonası yaratmaq üçün planlaşdırma mərhələsindən real addımlara keçmək lazımdır. Əks təqdirdə Türkiyə bu istiqamətdə müstəqil addımlar atacaq.

"Ankara bu məsələ ilə bağlı qətiyyətlidir", Çavuşoğlu deyib. Nazirin sözlərinə görə, Türkiyə ABŞ-ın Ankaranın bölgədəki maraqlarını nəzərə alan addımlar atacağına ümid edir.

Çavuşoğlu vurğulayıb ki, hazırki mərhələdə Ankara Vaşinqtonun Suriya ilə bağlı təkliflərindən məmnun deyil.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə