Braziliyada sürüşmə olub 11 nəfər ölüb

Braziliyada sürüşmə olub 11 nəfər ölüb

Braziliyada baş vermiş sürüşmə nəticəsində 11 nəfər ölüb, daha iki min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə yanğınsöndürənlər məlumat yayıb.

Bildirilir ki, bir qadın xəstəxanada ağır vəziyyətdədir, başqa hamilə bir qadın isə itkin düşüb.

Təbii fəlakət Resifi mikroregionunda baş verib. Sürüşmə çərşənbə günü səhər saatlarından etibarən yağan güclü yağışlardan sonra baş verib. Nəticədə bir neçə binanın divarları dağılıb, ağaclar aşıb, yağışlar daşqınlar əmələ gətirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə