Mühafizəkarlar partiyasının lideri və yeni Baş Nazir Boris Conson Bukingem sarayında Kraliça II Elizabetin qəbulunda olduqdan sonra rəsmən Böyük Britaniyanın Baş Naziri elan edilib. BBC telekanalının saytında yer alan məlumata görə, yeni Baş Nazir Bukingem sarayından birbaşa hökumət başçısının ofisinə - Dauninq Strit 10 ünvanında yerləşən iqamətgaha gələrək mətbuat üçün açıqlama verib. Boris Conson çıxışında Brexitlə əlaqədar Avropa İttifaqına müraciət edib, Böyük Britaniyada iqtisadi çətinliklərə rəğmən bu prosesin davam etdiriləcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB