Tereza Mey Baş Nazir postunu tərk etdi

Tereza Mey Baş Nazir postunu tərk etdi

Tereza Mey istefa ərizəsini Kraliça II Elizabetə təqdim etdikdən sonra rəsmən Böyük Britaniyanın Baş Naziri postunu tərk edib. BBC telekanalının saytında yer alan məlumatda deyilir ki, onun vəzifəsindən ayrılması Bukingem sarayını ziyarət etdikdən və monarxla görüşdükdən sonra açıqlanıb.

Sabiq Baş Nazir özünün vida nitqlindən sonra dərhal Bukingem sarayına yollanıb və Kraliçanın qəbulunda olub. Birləşmiş Krallıqda vəzifə səlahiyyətlərinin təhvil-təslim prosesi çox qısa müddətdə həyata keçirilir. Bu dövlətdə hökumət təqribən 1 saat ərzində başçı olmadan qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə