Ermənistan İstintaq Komitəsi hərbi qulluqçu, sıravi Vladimir Qamletoviç Galoyanın ölümünün təfərrüatlarını təqdim edib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus lragir.am saytı məlumat yayımlayıb.
Məlumatda deyilir ki, 23 iyul 2019-cu il tarixində, saat 22.55-də, N saylı hərbi hissənin müdafiə bölməsinin döyüş mövqeyində hərbi qulluqçu, sıravi Volodya Qamletoviç Galoyan, göstərilən döyüş mövqeyinin xəndəklərinə bitişik ərazidə ona həvalə edilmiş AK-74 avtomatı ilə döyüş postunun kapitanı istiqamətində atəş açıb.
Atəş açdıqdan dərhal sonra V.Qaloyan ona həvalə edilmiş AK-74 mövqe ərazisini tərk edib. 24 İyul, saat 04:20 radələrində, döyüş mövqeyinin müşahidə nöqtəsindən 50 metr aralıda, sonuncunun çənənin aşağı hissəsindən avtomat silahdan açılan atəş nəticəsində ölmüş cəsədi tapılıb. Onun avtomatı da cəsədin yanında olub.
Bu fakta görə ikinci qarnizon istintaq idarəsində Cinayət Məcəlləsinin 1-ci hissəsinə müvafiq olaraq Cinayət Məcəlləsinin 110-cu maddəsi ilə (şəxsi ləyaqəti təhdid etmə, təhqir etmə və ya sistematik şəkildə alçaltmaqla intihar etməyə sövq etmək) cinayət işi başlanılıb.
Hərtərəfli, tam və obyektiv istintaqın aparılması üçün hazırda zəruri istintaq və prosessual hərəkətlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB