S-400-lərin ikinci partiyası Çinə aparılır

S-400-lərin ikinci partiyası Çinə aparılır

Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin Çinə göndərilməsinin ikinci mərhələsi başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, daşınma Sankt-Peterburq yaxınlığındakı Ust-Luga limanından edilir.

Çin 2014-cü ildə Rusiya ilə imzaladığı müqavilə ilə S-400 hava hücumu müdafiə sisteminin ilk xarici alıcısı olub.

Sistemin göndərilməsinin ilk mərhələsi ötən il başa çatıb. İlk göndərmədən sonra Çin ordusu sistemin sınaq əməliyyatını uğurla başa vurduğunu açıqlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə