Karakasın bir neçə bölgəsində və Venesuelanın 16 ştatında qəza baş verib. SİA-nın verdiyi xəbərə görə, bu barədə El Nacional qəzeti məlumat yayıb.
Bildirilir ki, qəza bazar ertəsi günortadan sonra olub. Venesuela Milli Elektrik Korporasiyası qeyd edir ki, hazırda Karakasın bir neçə rayonu qəza səbəbindən işıqsız qalır. Eyni zamanda Miranda və Sukre əyalətlərinin bir neçə bölgəsində elektrik enerjisi ilə bağlı problemlərin olduğunu bildirilib.
Hazırda elektrik enerjisinin ən qısa müddətdə bərpa olunması işləri aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB