Hindistanın Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı artıb. SİA-nın "NDTV" telekanalına istinadən verdiyi məlumata görə, güclü yağışların səbəb olduğu daşqınlarda 62 nəfər həlak olub. Daha əvvəl 30 nəfərin öldüyü bildirilirdi.
Qeyd edilir ki, 5,7 milyona yaxın insan daşqınlar zonasındadır. Daşqınların daha intensiv olduğu ərazilərdən 151 mindən artıq insan təxliyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB