İran və Ermənistan neft məhsullarının İrəvana ixracı haqda razılıq əldə ediblər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İranın neft nazirinin müavini Əlirza Zeyqami deyib. Yanvar ayında İranın neft nazirinin müavini Əlirza Zeyqami Ermənistanda üçgünlük rəsmi səfəri zamanı Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyanla görüşüb. Görüşdən sonra Ə. Zeyqamı bildirib ki, 2014 ilə qədər Təbrizdən Yerevana uzunluğu 365 km olan boru kəməri inşa ediləcək.
Bu kəmər Ermənistana neft məhsullarının idxalı üçün istifadə olunacaq. Onun sözlərinə görə, Ermənistana boru kəmərinin inşaatı başa çatdıqdan sonra gündəlik 750 min litr benzin və 750 min litr dizel yanacağı ixrac olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB