Bolqarıstanda müsәlmanların qurultayı keçirilib

Bolqarıstanda müsәlmanların qurultayı keçirilib

Mustafa Alış Hacı Bolqarıstandakı müsәlmanlar tәrәfindәn yenidәn baş müftü seçilib.

SİA-nın xəbərinə görə, paytaxt Sofiyada "Bizim müftümüz, bizim seçimimiz" başlığı ilә keçirәlәn fövqәldadә toplantıya qatılan 988 nümayәndә tәrәfindәn 5-ci dәfә baş Müftü seçilәn Mustafa Alış Hacı TRT-yә verdiyi müsahibәdә 213 min müsәlmanın imzası ilә reallaşan qurultayda danışmaq istәyәn hәr kәsә imkan verildiyini, müftü seçkisinin şəffaf şәkildә keçirildiyini, rәsmilәrin müsәlmanların tәlәblәrini yerinә yetirәcәyinә inandığını deyib.

Qurultaya ABŞ, Suriya vә İranın Sofiyadakı sәfirləri, Türkiyәnin dini attaşesi, İslam Konfransı Tәşkilatının nümayəndələri, Rumıniya, Makedoniya, Çernoqoriya, Sloveniya baş müftülәri vә Türkiyә Dini İşlər İdarəsinin sədr müavini Hәsәn Kamil Yılmaz qatılıb.

Müsәlmanlar Bolqarıstanın dövlәt başçısı Georgi Pırvanov vә baş nazir Boyko Borisovun konfransa tәbrik mesajı göndәrmәlәrini yüksәk qiymәtlәndiriblәr. ABŞ-nın Sofiyadakı sәfiri Ceyms Varlik Bolqarıstandakı müsәlmanların bütövlüyünü qoruyaraq öz liderlәrini özlәrinin seçmәlәrini arzuladıqlarını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə