Çinin şərqində Xançju şəhərində fəaliyyət göstərən tekstil fabrikində yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alov təxminən, 500kv.m sahəni əhatə edir. Hadisə zamanı binada olan insanların sayı, həmçinin, xəsarət alanlar barədə məlumat verilmir. Yanğının söndürülməsinə çoxlu sayda yanğınsöndürən və texnika cəlb olunub.
Hazırda yanğınla mübarizə davam edir. Hadisənin başvermə səbəbi barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə